“iPhone”lar üçün yeni funksiya – Bir toxunuşla ödəniş etmək reallığa çevrilir

“iPhone”lar üçün yeni funksiya – Bir toxunuşla ödəniş etmək reallığa çevrilir

Hazırda oxunan: “iPhone”lar üçün yeni funksiya – Bir toxunuşla ödəniş etmək reallığa çevrilir

59294

“Apple” şirkəti fevralın 8-də “iPhone”larda “Tap to Pay” (ödəmək üçün toxun) funksiyasını təqdim etməyi planlaşdırdığını açıqlayıb.  

Bizim.Media “azeapple” Telegram kanalına istinadən xəbər verir ki, bu “iphone” istifadəçilərinə pul köçürmə əməliyyatlarını asanlıqla həyata keçirmək imkanı yaradacaq.  

Bununla ABŞ-da kiçik biznes sahiblərindən tutmuş, iri pərakəndə satıcılara qədər milyonlarla istifadəçi öz “apple” smartfonları vasitəsilə kontaktsız kredit, debet kartlar və digər rəqəmsal pul kisələrini qəbul edə biləcəklər.   

“iPhone”da ödəniş üçün “Tap to Pay” funksiyası ödəniş platformaları və proqram tərtibatçıları üçün iOS proqramlarına inteqrasiya etmək və biznes müştərilərinə ödəniş seçimi təklif etmək üçün əlçatan olacaq.  
Qeyd olunub ki, “iPhone”da ödəniş üçün “Tap to Pay” əlçatan olduqdan sonra, tacirlər “iPhone XS” və ya daha yeni versiyaları dəstəkləyən “iOS” cihazları vasitəsilə kontaktsız ödəniş qəbulundan istifadə edə biləcəklər.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO