Masallıda ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi aşkarlanıb.
Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, rayon sakini R.Əmirova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.
Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin rejimi qaydalarını kobud şəkildə pozduğu və yaşayış yerini tərk etdiyi müəyyən edilib.
O, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
04:18 / 08.02.2022
Masallıda koronavirus xəstəsi ictimai yerdə aşkarlandı - FOTO
Hazırda oxunan: Masallıda koronavirus xəstəsi ictimai yerdə aşkarlandı - FOTO
Hazırda oxunan: Masallıda koronavirus xəstəsi ictimai yerdə aşkarlandı - FOTO
59103
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.