Şəmkirin həbs olunan icra başçısının MARALLARI Salyana aparıldı

Şəmkirin həbs olunan icra başçısının MARALLARI Salyana aparıldı

Hazırda oxunan: Şəmkirin həbs olunan icra başçısının MARALLARI Salyana aparıldı

59038

Hüquq mühafizə orqanları tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun maral saxladığı çox adama məlumdur. Bu həm də Azərbaycanda ilk maral fermasıdır.

Bizim.Media xəbər verir ki, əvvəllər təsərrüfatdakı maralların sayı çox olsa da, 2021-də 30 maral qalıb.
 

MÖVZU İLƏ BAĞLI:

Şəmkirin icra başçısı  bələdiyyənin 3 milyonluq mülkiyyətini oğluna 40 manata satıb


Şəmkirin Kür qəsəbəsində "Camış ferması" kimi tanınan ərazi Alimpaşa Məmmədov icra başçısı gələndən sonra zəbt edilib. 

Qeyd edək ki, həmin maralların aqibətinin necə olması çoxlarını maraqlandırır. Məhz bu səbəbdən, saytımızın regionlardakı əsas xəbər qaynaqları ilə əlaqə saxladı və maralların taleyi barədə qısa da olsa informasiya əldə etdik. Bizə verilən məlumata görə, Alimpaşa Məmmədovun maralları onun dədə-baba torpağı olan Salyana köçürülüb və qohumların nəzarəti altındadır.
 

Xatırladaq ki, hazırda həbsdə olan eks icra başçısının daha əvvəl bəzi əmlakı kimi maralların da müsadirə olunacağı deyilirdi. Hətta maralların Ekologiya və Təbii Sərvətlər Nazirliyinə veriləcəyi barədə proqnozlar vardı.


Bu və digər mövzularda yeni informasiyalar olduqca sizinlə bölüşəcəyik.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO