Cavanşir Feyziyevdən GERİ ADDIM - Jurnalistləri təhqir etdiyi paylaşımını sildi

Cavanşir Feyziyevdən GERİ ADDIM - Jurnalistləri təhqir etdiyi paylaşımını sildi

Hazırda oxunan: Cavanşir Feyziyevdən GERİ ADDIM - Jurnalistləri təhqir etdiyi paylaşımını sildi

0:00
0:00
59035

Milli Məclisin deputatı Cavanşir Feyziyev bir qrup azərbaycanlı jurnalisti və vətəndaş cəmiyyəti nümayəndələrini təhqir etdiyi qalmaqallı paylaşımını rəsmi Facebook səhifəsindən silib.

Bizim.Media xatırladır ki, deputat Cavanşir Feyziyev Böyük Britaniyadakı səs-küylü məhkəmə prosesini işıqlandıran bir qrup azərbaycanlı jurnalisti - Rauf Arifoğlu, Eynulla Fətullayev, Xalid Kazımlı, Əvəz Zeynallı, Xədicə İsmayılova, Zaur Qəriboğlu, Elnur Məhərrəmli, Osman Gündüz, Sevinc Telmanqızını və Azərbaycan vətəndaş cəmiyyətinin bir çox hörmətli nümayəndələrini  “reket” və “Qərb agentləri” adlandırıb.

Bununla yanaşı, Cavanşir Feyziyevin səhifəsində Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət daxil olub. Həmin müraciətdə deputat onun Mətbuat Şurasının İdarə Heyətinin üzvü vəzifəsindən istefasını qəbul etməyi xahiş edib.
Eyni zamanda, Cavanşir Feyziyevin təhqir etdiyi jurnalistlər bu gün Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət qəbul edərək, deputatın barəsində müvafiq intizam tədbirlərinin görülməsini və cəzalandırılmasını istəyiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO