Makron bu gün Moskvaya gələcək - Putinlə görüşdən əvvəl Baydenə zəng etdi

Makron bu gün Moskvaya gələcək - Putinlə görüşdən əvvəl Baydenə zəng etdi

Hazırda oxunan: Makron bu gün Moskvaya gələcək - Putinlə görüşdən əvvəl Baydenə zəng etdi

0:00
0:00
58933

ABŞ prezidenti Co Bayden fransalı həmkarı Emmanuel Makron ilə telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ağ Evin saytı yayıb.

Dövlət başçıları “Rusiyanın Ukrayna sərhədində hərbi güclənməsinə cavab olaraq davam edən diplomatiya və çəkindirmə tədbirlərini” müzakirə ediblər. Prezidentlər sonuncu dəfə fevralın 2-də bir-birinə zəng ediblər. RBK telekanalı yazır ki, onlar “həm diplomatiyada, həm də Rusiyanın Ukraynaya növbəti işğalı halında ona vurula biləcək ciddi iqtisadi ziyana hazırlığın koordinasiyanı nəzərdən keçiriblər”.

Makron fevralın 7-də Moskvaya gələcək və prezident Vladimir Putinlə danışıqlar aparacaq. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fransa liderinin qarşıdakı səfərini “çox vacib” adlandırıb.

Onun sözlərinə görə, gündəmdə çoxlu mövzular var. Moskvaya səfərindən sonra Makron Kiyevə gedəcək və orada Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO