Bu il neçə yaşayış məntəqəsinə köç olub?

Bu il neçə yaşayış məntəqəsinə köç olub?

Hazırda oxunan: Bu il neçə yaşayış məntəqəsinə köç olub?

587927

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən köçürülmə prosesi 2025-ci il ərzində ardıcıl və planlı şəkildə həyata keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yayıb.

Məlumatda qeyd olunur ki, bu günədək ümumilikdə 32 yaşayış məntəqəsinə - 7 şəhər, 22 kənd və 3 qəsəbəyə vətəndaşların köçürülməsi təmin edilib.

Köçürülmə aparılan yaşayış məntəqələri Cəbrayıl, Şuşa, Xocalı, Laçın, Füzuli, Kəlbəcər və Ağdam şəhərləri; Cəbrayıl rayonunun Horovlu kəndi; Ağdam rayonunun Sarıcalı, Kəngərli və Xıdırlı kəndləri; Xocalı rayonunun Ballıca, Xanyurdu, Təzəbinə, Seyidbəyli, Badara, Şuşakənd və Daşbulaq kəndləri; Ağdərə rayonunun Talış, Həsənriz, Suqovuşan, Kolatağ və Vəngli kəndləri; Laçın rayonunun Zabux, Sus və Bəylik kəndləri; Xocavənd rayonunun Sos kəndi, Qırmızı Bazar və Hadrut qəsəbələri; Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndləri olub.

Eyni zamanda, köçürülmə prosesi Xankəndi şəhərinin Kərkicahan qəsəbəsini də əhatə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO