Siyasi şərhçi Məhəmməd Əsədullazadə xatırladıb ki, II Qarabağ müharibəsindən sonra Avropa İttifaqı Cənubi Qafqaz ölkələrinə - Ermənistan, Gürcüstan və Azərbaycana vəsait təyin edib.
Sadəcə olaraq, keçən il Avropa İrəvana 2 milyard, Bakıya isə cəmi 150 milyon avro ayırıb.
Halbuki, müharibə zonası sayılmayan şəhərlərə ermənilər ciddi ziyan vurub. Nümunə kimi Gəncə, Mingəçevir, Tərtər və Bərdəni göstərmək olar.
MÖVZU İLƏ BAĞLI:
Cənub Qaz Dəhlizi Azərbaycanın valyuta gəlirlərini artıracaq – 100 milyard dollardan artıq qazanc…
Bizim.Media ilə şərhini bölüşən Milli Cəbhə Partiyasının sədr müavini bildirib ki, bu, ədalətsiz qərar olub.
Amma Rusiyanın Avropanı mavi yanacaqla şantaj etməsi Qərb üçün Azərbaycanın rolunu, əhəmiyyətini daha da artırıb:
"Bu həm də Azərbaycan diplomatiyasının uğurudur. Avropa İttifaqı ötən ilki səhvini düzəldərək Azərbaycana da 2 milyard avro ayırdı. Bu vəsaiti isə rəsmi Bakı Qarabağın bərpasına sərf edəcək. Düşünürəm ki, bu istiqamətdə Azərbaycanla Avropa əlaqələri daha da inkişaf edəcək və Çərçivə sazişi imzalanacaq", - deyə Məhəmməd Əsədullazadə fikrini tamamlayıb.
Bizim.Media