Həbsxanaya hamam süngərinin içində narkotik keçirilməsinin qarşısı alındı - FOTO 

Həbsxanaya hamam süngərinin içində narkotik keçirilməsinin qarşısı alındı - FOTO 

Hazırda oxunan: Həbsxanaya hamam süngərinin içində narkotik keçirilməsinin qarşısı alındı - FOTO 

58754

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Tovuz sakində narkotik və silah aşkarlandı


Xidmətdən Bizim.Media-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.2, 326.2 və 66.2-ci maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Anar Rəhbər oğlu Axundova Göygöl şəhər sakini Ayaz Valexan oğlu Əliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan hamam süngərinin içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 10,322 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 2,532 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO