Bu il istifadəyə veriləcək Zəngilan Hava Limanından YENİ XƏBƏR - VİDEO

Bu il istifadəyə veriləcək Zəngilan Hava Limanından YENİ XƏBƏR - VİDEO

Hazırda oxunan: Bu il istifadəyə veriləcək Zəngilan Hava Limanından YENİ XƏBƏR - VİDEO

58678

Bu il istifadəyə veriləcək Zəngilan Beynəlxalq Hava Limanı həm beynəlxaq, həm iqtisadi, həm də strateji baxımdan ən vacib layihələrdən biridir. Bu hava limanı yalnız yerli deyil, adından da göründüyü kimi beynəlxalq uçuşları da yerinə yetirəcək.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Zəngilan iqtisadi və turizm baxımından böyük potensiala malik rayondur. Burada istehsal olunan məhsullar ölkəmizdə istifadə olunmaqla yanaşı, birbaşa xarici ölkələrə çıxarıla biləcək.

Vüqar Bayramov deyib ki, Zəngilan Beynəlxaq Hava Limanı yaxın gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Bundan sonra hava limanı şərq-qərb, şimal-cənub nəqliyyat dəhlizlərinin də elementinə çevriləcək. Bu da Zəngilan daxil olmaqla həmin ərazilərimiz vasitəsi ilə daşınan beynəlxaq yüklərin həcminin artmasına və Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan verəcək.

Millət vəkili bildirib ki, Zəngilanın turizm potensialı yüksək olduğundan bu hava limanının tikilməsi yerli və beynəlxalq uçuşlar baxımından əhəmiyətlidir.

Qeyd edək ki, müasir standartlar əsasında inşa ediləcək Zəngilan Beynəlxalq Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək. Bununla da Zəngilan ermənilərin xarabalığa çevirdiyi rayondan beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcək.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO