Xocalı soyqırımına HAZIRLIQ  başladı – Rəsmi AÇIQLAMA

Xocalı soyqırımına HAZIRLIQ  başladı – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Xocalı soyqırımına HAZIRLIQ  başladı – Rəsmi AÇIQLAMA

58666

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımının 30-cu ildönümünə sayılı günlər qalıb. Anım tədbirinin təşkili və insanların “Ana harayı” abidəsinə yürüşünə icazə verilib.

Bu barədə Bizim.Media-ya açıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib.

Onun sözlərinə görə soyqırımla əlaqədar anım tədbirinin keçirilməsi üçün rayonda və “Ana harayı” abidəsinin ətrafında hazırlıq işlərinə başlanılıb:

“Bilirsiz ki, ölkə başçısı İlham Əliyevin Xocalı faciəsinin ildönümünə yüksək hazırlıqla bağlı sərəncamı var. Bir neçə gün əvvəl əraziyə baxış keçirilib. Hər il olduğu kimi bu il də ərazinin abadlaşdırılması, bukletlərin hazırlanması və “Ana harayı” abidəsinin ətrafına gül kollarının əkilməsi işləri həyata keçiriləcək. Artıq güllər də sifariş olunub”.

Pənah İmanov əlavə edib ki, Xocalı soyqırımının 30-cu ildönümünün paytaxta qeyd olunması həm də zəfər çalmış dövlət olaraq yüksək səviyyədə təşkil olunacaq. 

Qeyd edək ki, Prezident İlham Əliyev Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Sərəncam imzalayıb. Sərəncamda Prezident Administrasiyasına Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar tədbirlər planı hazırlayıb həyata keçirilməsi tapşırılıb.

Xatırladaq ki, Xocalı faciəsi bəşər tarixində ən qanlı cinayətlərdən biridir. Aylarla mühasirədə saxlanılan Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri və onların havadarları tərəfindən yerlə-yeksan edilib. Şəhərin dinc əhalisinə amansızlıqla divan tutulub. 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb.

Soyqırım nəticəsində 8 ailə tamamilə yox edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Girov götürülülənlərdən 197-sinin taleyi hələ də məlum deyil.
Hər il Bakıda Xocalı şəhidlərinin xatirəsinə ucaldılan “Ana harayı” abidəsinə ziyarət və yürüş təşkil olunur.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO