Peskov 9 noyabrda vurulan helikopterlə bağlı açıqlama verdi

Peskov 9 noyabrda vurulan helikopterlə bağlı açıqlama verdi

Hazırda oxunan: Peskov 9 noyabrda vurulan helikopterlə bağlı açıqlama verdi

5866

“Moskva və Bakı bütün məsələlərdə sıx və konstruktiv dialoq aparır”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında deyib.

Jurnalistin Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması və  istintaqın gedişi barədə sualına isə Peskov belə cavab verib:

“9 Noyabrda Rusiya Müdafiə Nazirliyi  Mi-24 təyyarəsinin Ermənistanın döyüş bölgəsindən kənarda vurulduğunu bildirdi. İki heyət üzvü öldü, biri orta dərəcəli bədən xəsarətləri ilə evakuasiya edildi”.

O bildirib ki, Azərbaycan Baş Prokurorluğu Rusiya-Mi-24 helikopterinin Ermənistan-Azərbaycan sərhədində qəzaya uğraması ilə əlaqədar "xidmətə səhlənkar münasibət" maddəsi ilə cinayət işi açıb.

"Bu suala cavab olaraq sizə deyə biləcəyim yalnız budur",- deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO