Azərbaycanda mal-qaranın çiplənməsinə başlanıldı – VİDEO

Azərbaycanda mal-qaranın çiplənməsinə başlanıldı – VİDEO

Hazırda oxunan: Azərbaycanda mal-qaranın çiplənməsinə başlanıldı – VİDEO

58652

Azərbaycanda inəklərin çiplənməsinə başlanılıb. Elektron çipdə heyvan haqqında bütün məlumatlar var: yaşı, xəstəlikləri, peyvəndləri. İnəklərin prosedura necə dözdüyünü “MİR 24”ün müxbiri Nigar Zolina öyrənib. 

Bizim.Media “rambler.ru” saytına istinadən xəbər verir ki, buzov təzəcə doğulub, qulaqlarında artıq sırğalar var.

Rəsul Hüseynov elektron çipləri belə adlandırır.

“Əvvəl jurnala yazırdıq, kağız etiketlər asırdıq. Onlar asanlıqla silinir və yox olurdu. İndi isə etiket itirilsə belə, çipdə bu barədə bütün məlumatlar olduğu kimi yerində qalır”, - ferma işçisi bildirib. 

Çiplər müasir pasportdur. Orada doğum tarixi, xəstəlik, peyvəndlər haqda informasiya var. Heyvandarlıq üçün sənəd almaq üçün Kənd Təsərrüfatı Nazirliyinə ərizə verilir. Beləliklə, heyvan haqqında məlumatlar vahid bir sistemə düşür. 

“Prosedur pulsuzdur, ancaq ondan əvvəl təlim keçirik. Biz baytarlara və fermerlərə çipin necə düzgün yapışdırılacağını və necə işlədiyini izah edirik. Ən əsası isə bu çiplərin əhəmiyyətini başa salırıq. Axı bu gün xəstəliklərin yarıdan çoxu heyvanlardan insanlara keçir. Ona görə də bu çiplər ilk növbədə insanların təhlükəsizliyinin təminatıdır”, - deyə Qida Təhlükəsizliyi Agentliyinin heyvan sağlamlığı şöbəsinin müdiri Qalib Abduləliyev bildirib.

“Bu prosedur bir dəqiqə çəkir. Ən çətini heyvanı yerində saxlamaqdır. Prosedurun ağrısız olmasına baxmayaraq, anesteziya lazım olmur. 

Bizim çiplərimiz aplikatorlar vasitəsilə qulağın yuxarı kənarına yerləşdirilir. Buna görə heyvan özünü rahat hiss edir. Və elə çiplər var ki, dərinin altına və ya mədəyə vurulur. Ancaq biz heyvanın bədəninə yad cisim salmaq istəmirik”, - deyə baytar İlkin Əlizadə bildirib. 
Layihə pilot hesab edilir və yalnız Bakıda fəaliyyət göstərir. Mütəxəssislər əmindirlər ki, tezliklə Azərbaycanın bütün bölgələrini əhatə edəcək. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO