Kəlbəcərdə yollar qar və buzdan belə təmizlənir - VİDEO 

Kəlbəcərdə yollar qar və buzdan belə təmizlənir - VİDEO 

Hazırda oxunan: Kəlbəcərdə yollar qar və buzdan belə təmizlənir - VİDEO 

58597

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ömər aşırımından keçən respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın avtomobil yollarında, həmçinin yerli əhəmiyyətli digər yollarda hərəkətin təhlükəsizliyi və faziləsizliyini təmin etmək üçün yolların qardan və buzdan təmizlənməsi işləri aparır. 

Bizim.Media Agentliyə istinadən xəbər verir ki, bu məqsədlə Kəlbəcər rayonunda qərargah və 21 istiqamətdə dayaq məntəqələri yaradılıb. 

Qərargah və dayaq məntəqələri sərt iqlimə uyğun lazımi avadanlıqlarla təchiz edilib, ərzaq, yanacaq-sürtkü, duz-qum ehtiyyatları ilə təmin olunub. 

Maşın-mexanizm və texnikaların fasiləsiz xidmətini, işçilərin isinməsi və istirahəti təşkil etmək üçün xüsusi xidməti sahələr və yaşayış düşərgələri də yaradılıb. Yetəri qədər yemək və içməli su ehtiyyatı görülüb, işçilərə isti geyimlər verilib. 

Qarın kürənməsi, yolların qar uçqunundan təmizlənməsi işlərinin aparılması üçün əraziyə 100-ə yaxın maşın-mexanizm və texnika təhkim olunub, xidməti qrup yaradılıb.

Xidməti qrupun tərkibində çalışan çilingər ustaları, mexaniklər təmirə ehtiyacı olan maşın-mexanizmlərə texniki xidməti yerindəcə göstərir, rezin təkərli mexanizmlər zəncirlərlə təmin edir.  
Kəlbəcərə gələn bütün yollar nəzarət altında saxlanılır. Lazım olduqca yolların qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülməklə avtonəqliyyat vasitələrinin normal, təhlükəsiz və fasizləsiz hərəkəti təmin olunur və olunmağa davam etdirələcək. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO