Bakıda anası tərəfindən evə qapadılan uşaq eyvana çıxıb fəryad etdi - VİDEO 

Bakıda anası tərəfindən evə qapadılan uşaq eyvana çıxıb fəryad etdi - VİDEO 

Hazırda oxunan: Bakıda anası tərəfindən evə qapadılan uşaq eyvana çıxıb fəryad etdi - VİDEO 

58571

Bakının Yasamal rayonu Əsəd Əhmədov küçəsi 18 ünvanında ananın öz övladını evə qapadaraq onu saatlarla tək qoyması faktı qonşuları hiddətə gətirib.  

Bizim.Media xəbər verir ki, onlar 16-cı mərtəbədə yaşayan azyaşlının eyvana çıxaraq ağlayıb, fəryad qoparmasını videoya belə çəkiblər. 

Faktla bağlı Real TV-nin "Problem" verilişində süjet hazırlanıb. Verilişin əməkdaşları mövzu ilə bağlı Daxili İşlər Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etdikdən sonra məsələ qurumlar tərəfindən araşdırılmağa başlanıb.  

Uşağın anası müəyyən edilərək Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə dəvət edilib və izahatı alınıb.  

Daha ətraflı videoda:  

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO