Gəncədə bir ailənin 5 üzvü zəhərləndi  

Gəncədə bir ailənin 5 üzvü zəhərləndi  

Hazırda oxunan: Gəncədə bir ailənin 5 üzvü zəhərləndi  

58403

Gəncədə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1982-ci il təvəllüdlü Vüsal Zeynalov, 1985-ci il təvəllüdlü Elyanə Vəliyeva, 2008-ci il təvəllüdlü Ülvi Zeynallı, 2015-ci il təvəllüdlü Asya Zeynallı və 2007-ci il təvəllüdlü Aişə Zeynallı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.  

Dərhal xəstələrə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. İlkin məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.  

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO