Tovuzda yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb.
Bizim.Media-nın yerli bürosunun Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən verdiyi məlumata görə, Tovuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakini Rözimət Abdullayev ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk etməsi aşkar edilib.
Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə R. Abdullayev yaşadığı evə göndərilib.
Fakla bağlı İstintaq Bölməsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:18 / 02.02.2022
Tovuzda koronavirus xəstəsinə cinayət işi açıldı
Hazırda oxunan: Tovuzda koronavirus xəstəsinə cinayət işi açıldı
Hazırda oxunan: Tovuzda koronavirus xəstəsinə cinayət işi açıldı
58304
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.