Sabah Ərdoğanın Ukraynaya səfəri baş tutacaq – HANSI MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLƏCƏK?

Sabah Ərdoğanın Ukraynaya səfəri baş tutacaq – HANSI MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLƏCƏK?

Hazırda oxunan: Sabah Ərdoğanın Ukraynaya səfəri baş tutacaq – HANSI MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLƏCƏK?

58249

Sabah, fevralın 3-də prezident Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri baş tutacaq. Türkiyə liderinin səfəri zamanı Türkiyə-Ukrayna Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 10-cu iclası ilə birlikdə Azad Ticarət Sazişinin imzalanması planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya Türkiyə mətbuatında yer alıb.

Mənbə qeyd edir ki, bu cür sənədlər ticarət-iqtisadi əlaqələr üçün güclü katalizatora çevrilir.

Ümumiyyətlə, Ukrayna Türkiyə üçün “qucağını açıb”: türklər bu ölkəyə vizasız və pasportsuz səfərlər edə bilir, türk podratçılar və investorlar Ukraynada tikinti müqavilələri imzalayır, özəlləşdirmə bazarına daxil olur. Bu ölkədən isə texnologiyalar Türkiyəyə gətirilir, məsələn, təyyarə sənayesində. Təbii ki, Türkiyənin Bayraktar İHA-ları Kiyevdə böyük maraq doğurub.

Ancaq hazırkı vəziyyətdə Ukraynanın qeyd etdiyi kimi, Türkiyə ilə Azad Ticarət Sazişin imzalandığını açıqlamaq kifayət etmir.

Ukraynanın Türkiyə silahlarının daha bir partiyasının alınacağı ilə bağlı yüksək səslə bəyanatı Rusiya ilə Türkiyə arasında gərginlik yarada bilər. Söhbət Akıncı pilotsuz təyyarələrindən gedir.

Və təbii ki, prezident Rəcəb Tayyib Ərdoğanın “Rusiya işğalı” vəziyyətində Türkiyədən Ukraynaya hərbi-siyasi və iqtisadi dəstək sözləri rəsmi Kiyev tərəfindən unudulan fakt deyil:

“Mən Rusiyanı “tələskən hərəkətlərindən” çəkinməyə çağırıram”.

İstənilən halda Türkiyə tərəfi əlində olan bütün “fürsət pəncərələri”ndən istifadə edərək, Ukraynaya səfərindən “maksimum şəkildə yararlanmaq istəyəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO