Yunan-Roma güləşçimiz İslamiadada finala yüksəldi - FOTO

Yunan-Roma güləşçimiz İslamiadada finala yüksəldi - FOTO

Hazırda oxunan: Yunan-Roma güləşçimiz İslamiadada finala yüksəldi - FOTO

581184

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Bizim.Media xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda misirli Məhəmməd Əbdülrəhimə 4:1 hesabı ilə qalib gəlib. Onun həlledici qarşılaşmadakı rəqibi iranlı Olimpiya çempionu Səid İsmaili olacaq.

Bu gün mübarizəyə qoşulan Azərbaycanın digər yunan-Roma güləşçiləri Nihat Məmmədli (60 kiloqram), Ülvü Qənizadə (77 kiloqram) və İslam Abbasov (87 kiloqram) əvvəlki raundlarda məğlub olublar. İdmançılarımızın uduzduqları rəqiblər finala vəsiqə qazansalar, təmsilçilərimiz bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaqlar.

Qeyd edək ki, İslamiadaya noyabrın 21-də yekun vurulacaq.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO