Azərbaycanın sənaye zonalarından 35-dən çox ölkəyə məhsul ixrac olunub

Azərbaycanın sənaye zonalarından 35-dən çox ölkəyə məhsul ixrac olunub

Hazırda oxunan: Azərbaycanın sənaye zonalarından 35-dən çox ölkəyə məhsul ixrac olunub

58109

İndiyə qədər Azərbaycanın sənaye zonalarında istehsalı olunmuş 5,8 milyard manatlıq məhsulunun 1,7 milyard manatlıq hissəsi 35-dən çox ölkəyə ixrac olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. 

Məlumata görə, təkcə ötən il sənaye zonaları üzrə ixrac əvvəlki ilə nisbətən 2,7 dəfə artıb. O cümlədən qeyri-neft sənayesi məhsullarının ixracında 30,8% artım olub. 

Bu günlərdə Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Tabaterra” QSC ilk məhsul ixracını Gürcüstana həyata keçirib.
Hazırda şirkət Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında beynəlxalq standartlara cavab verən üç növdə 80 fərqli çeşiddə tütün məmulatları istehsal edilir. Müəssisənin illik istehsal gücü 14 milyard ədəd siqaret təşkil edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO