Moskvada miqrantların kütləvi davası: 66 nəfər saxlanıldı

Moskvada miqrantların kütləvi davası: 66 nəfər saxlanıldı

Hazırda oxunan: Moskvada miqrantların kütləvi davası: 66 nəfər saxlanıldı

57989

Moskvanın cənubunda, Tacikistandan olan miqrantlar arasında kütləvi dava olub. Qanunu pozduğu iddia edilən 66 nəfər polis şöbələrinə gətirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

"Dünən gecə Vostryakovsk keçidində Tacikistan vətəndaşları tərəfindən travmatik silahdan istifadə etməklə kütləvi dava olub. Münaqişədə təxminən 15 nəfər iştirak edib. Münaqişədə iştirak etməkdə şübhəli bilinən 66 nəfər polisə gətirilib", - agentliyin həmsöhbəti bildirib.

Silahdan istifadə etməklə xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO