Ağsuda mikroavtobus elektrik dirəyinə çırpıldı - Şəhərin yarısı işıqsız qaldı

Ağsuda mikroavtobus elektrik dirəyinə çırpıldı - Şəhərin yarısı işıqsız qaldı

Hazırda oxunan: Ağsuda mikroavtobus elektrik dirəyinə çırpıldı - Şəhərin yarısı işıqsız qaldı

57928

Ağsuda avtomobilin işıq dirəyinə çırpılması nəticəsində şəhərin yarısı 4 saat işıqsız qalıb.

Bizim.Media xəbər verir ki, hadisə ötən axşam şəhərin Heydər Əliyev küçəsində qeydə alınıb.

Belə ki, “Ford” mikroavtobusu ilə “Lada Priora” markalı minik maşınının toqquşması nəticəsində mikroavtobusun sürücüsü, rayonun Ərəbuşağı kənd sakini Elvin Hüsən oğlu Muradov idarəetməni itirib və avtomobil yoldan çıxaraq beton işıq dirəyinə çırpılıb.

Nəticədə işıq dirəyi aşıb və şəhərin bir hissəsində elektrik enerjisinin verilişi dayanıb.

Rayon Elektrik Şəbəkəsinin işçiləri hadisə yerinə cəlb olunub və işığın verilişi qismən bərpa edilib (Azərtac).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO