16 yaşında ana olan yeniyetmə sevgilisinə qoşulub sığınacaqdan QAÇDI

16 yaşında ana olan yeniyetmə sevgilisinə qoşulub sığınacaqdan QAÇDI

Hazırda oxunan: 16 yaşında ana olan yeniyetmə sevgilisinə qoşulub sığınacaqdan QAÇDI

578779

“16 yaşlı ana sığınacaqdan xəbər etmədən sevgilisi ilə gedib”.
 

MÖVZU İLƏ BAĞLI:

16 yaşında ana olan yeniyetmə sevgilisinə qoşulub sığınacaqdan QAÇDI


Bu sözləri Bizim.Media-ya açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib.

Onun sözlərinə görə, 16 yaşında ana olan qız ata-anasını itirib:

“O, ata və anasını itirən, sevgiyə, qayğıya möhtac bir qızdır. Qız onun-bunun himayəsində böyüyüb. Görünür, oğlan ona bu sevgini göstərib, yaxud manipulyasiya edib və qız da körpəsini qoyaraq qaçıb. Oğlan azyaşlı ilə münasibətə girdiyi üçün haqqında cinayət işi başladılıb və araşdırma aparılır. Körpə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə verilib. Qızın özündən böyük bacısı var, lakin həyat yoldaşı yanında qalmasına icazə verməyib. Hazırda sevgilisi ilə qaçan 16 yaşlı qızın harada olduğu bilinmir”.

Qeyd edək ki, Bakıda 16 yaşlı qız ana olub. O, körpəsində və sığınacaqda qalmasından imtina edib. Körpənin atasının 27 yaşı olduğu deyilir.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO