The New York Times: Rusiyaya qarşı sanksiyalar bütün dünyaya təsir edəcək

The New York Times: Rusiyaya qarşı sanksiyalar bütün dünyaya təsir edəcək

Hazırda oxunan: The New York Times: Rusiyaya qarşı sanksiyalar bütün dünyaya təsir edəcək

57813

Vaşinqtonun Moskvaya qarşı tətbiq etməklə hədələdiyi sanksiyalar “maliyyə panikasına” səbəb ola və qlobal iqtisadiyyata ciddi zərbə vura bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” saytı bazar analitiklərinə istinadən yazıb.

Amerika nəşrindəki məqalə müəllifləri bildiriblər ki, Rusiyanın Ukraynanı "işğal" edəcəyi təqdirdə ABŞ-ın tətbiq edəcəyi ilə hədələdiyi sanksiyalar inkişaf etmiş ölkələrin, xüsusən də Avropa ölkələrinin iqtisadiyyatı üçün sarsıntı ola, qlobal maliyyə sistemi təhlükə yarada bilər.

Sanksiyaların nəticələri kimi yüksək inflyasiya, birjaların çökməsi və digər “maliyyə panikasının formaları” göstərilir.

Məqalədə deyilir ki, amerikalılar sanksiyalardan əziyyət çəkəcək – “milyarderlərdən tutmuş dövlət məmurlarına və orta təbəqəli ailələrə qədər”.

Eyni zamanda, müəlliflərin fikrincə, Rusiyanın özü də əks tədbirlər görə bilər, məsələn, “Avropaya qaz tədarükünü məhdudlaşdıracaq”. 

“RİA Novosti” xəbər verir ki, müşahidəçilər ABŞ-ın ritorikasını tənqid edərək, əvvəllər heç kimin Rusiya kimi böyük iqtisadiyyatlara qarşı geniş sanksiyalar tətbiq etməyə cəhd etmədiyinə işarə ediblər.

ABŞ prezidenti Co Baydenin administrasiyası Rusiyanın “Ukraynanı işğal edəcəyi” təqdirdə sərt sanksiyalar hazırlayıb.

Tədbirlər sənaye və maliyyə sektorlarına qarşı yönəldiləcək. Daha əvvəl “The Financial Times” qeyd edib ki, Aİ ölkələri və Böyük Britaniya Ukrayna “işğal” olunsa, Rusiyanın yeni qaz layihələrinə qarşı sanksiyalar paketi hazırlayır.

Nəşrin məlumatına görə, məhdudlaşdırıcı tədbirlər Rusiyanın qaz sahəsində yeni layihələri üçün maliyyə və texnologiya təchizatını azaltmağa yönəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO