Bu il 40 min hektar ərazi minalardan təmizlənəcək

Bu il 40 min hektar ərazi minalardan təmizlənəcək

Hazırda oxunan: Bu il 40 min hektar ərazi minalardan təmizlənəcək

57548

Bu il 40 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur.

Bizim.Media-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Nazirlər Kabinetinin aparat rəhbəri Rüfət Məmmədov deyib.

O qeyd edib ki, sahə düşərgəsinin yaradılmasının əsas məqsədi Ağdam rayonunda minatəmizləmə işlərinin sürətləndirilməsi və daha da genişləndirilməsi, bu işlərə cəlb olunan şəxsi heyətin sayının artırılması və şəxsi heyətin iş yerindən uzaq olmayan məsafədə fəaliyyət göstərməsi üçün müvafiq şəraitin yaradılmasından ibarətdir.

Şəxsi heyət üçün düşərgədə bütün lazımı şərait yaradılıb.

“Keçən il ümumilikdə 95 layihə icra edilib Bu layihələrin əsas məqsədi ərazilərdə lazımi əsas infrastrukturun, xüsusilə nəqliyyat, energetika, su təsərrüfatı və digər infrastrukturun yaradılması ərazilərin, xüsusilə kənd təsərrüfatı ərazilərinin və sənayə parkları üçün nəzərdə tutlan ərazilərin iqtisadi dövriyyəyə buraxılmasıdır.

Eyni zamanda artıq vətəndaşların bu ərazilərə qayıtması üçün yaşayış məntəqlərinin bərpası və yenidən qurulması işlərinin aparılması üçün müvafiq əlverişli şəraitin yaradılmasında ibarət layihələr olub.
Bu il 40 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur”, - deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO