Rusiya Belarusa qoşun göndərdi: “Bölmələr artıq yola düşüb”   

Rusiya Belarusa qoşun göndərdi: “Bölmələr artıq yola düşüb”   

Hazırda oxunan: Rusiya Belarusa qoşun göndərdi: “Bölmələr artıq yola düşüb”   

57500

Rusiyanın Amur vilayətindən Belarusa logistika bölmələrinin avadanlıqlarını daşıyan qatar yola düşüb.  

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.  

Bölmələrin Belarusda cavab qüvvələrinin sınaqdan keçirilməsi üçün birgə hərbi təlimlərə qatılacağı qeyd olunub. 
"Davam edən fəaliyyətlər çərçivəsində Şərq Hərbi Dairəsinin maddi-texniki təminat bölmələrinin təchiz olunduğu növbəti dəmir yolu eşalonu Amur vilayətindən Belarus Respublikasına yola düşüb", - nazirlik qeyd edib. 

“Belarusda Rusiya Federasiyasının hərbçiləri səhra düşərgələrinin və döyüş maşınlarının parklarının mühəndis avadanlıqları üçün tapşırıqlar hazırlayacaqlar. Həmçinin, hərbçilər Belarusun adı açıqlanmayan poliqonlarında təyinatı üzrə bir sıra təlim tapşırıqlarını yerinə yetirməli olacaqlar”, - Rusiya Müdafiə Nazirliyi əlavə edib. 

Qeyd edək ki, bu ərəfədə Rusiya Federasiyasının silah və hərbi texnikası olan yeni eşalonlarının Belarusa gəldiyi bildirilir.

Şərq Hərbi Dairəsinin qoşunları Belarus ərazisinə yerləşdirilib və onlar iki mərhələli yoxlamadan keçməlidirlər. O da məlum olub ki, Rusiya “Su-35” qırıcılarını Belarusa ötürür. “Su-35S”-in ekipajları İttifaq dövlətinin (Rusiya-Belarus) vahid hava hücumundan müdafiə sisteminin fəaliyyətinin sınağı çərçivəsində döyüş növbəsinə keçəcəklər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO