Cibimizdəki “CASUSLAR” - Bilmədən yüklədiyimiz tətbiqlər başımıza bəla ola bilər

Cibimizdəki “CASUSLAR” - Bilmədən yüklədiyimiz tətbiqlər başımıza bəla ola bilər

Hazırda oxunan: Cibimizdəki “CASUSLAR” - Bilmədən yüklədiyimiz tətbiqlər başımıza bəla ola bilər

574601

Müasir dövrdə mobil tətbiqlər və proqram təminatları gündəlik fəaliyyətlərimizi asanlaşdırır. Lakin bu rahatlıq arxasında bəzən gözəgörünməyən risklər də gizlənir. Məsələn Azərbaycanda istifadə olunan bir sıra populyar proqram təminatlarının Ermənistan mənşəli olması bu baxımdan xüsusi narahatlıq doğurur.

Hər nə qədər iki ölkə arasında buzlar əriməyə başlasa da əzəli düşmən mövqeyində dayandıqlarını unutmamalıyıq.

Ən təhlükəlisi isə odur ki, bir çox istifadəçi bu tətbiqlərin kimə məxsus olduğunu, hansı ölkədən idarə edildiyini və məlumatların hara ötürüldüyünü belə bilmədən onlardan gündəlik istifadə edir.
 

Texnologiya üzrə ekspert Fərid Pərdəşünas bildirib ki, bu cür proqramlar zahirən funksional və cəlbedici görünsə də şəxsi məlumatların qorunması və kiber-mühafizə baxımından ciddi təhdidlər yarada bilər. Onun sözlərinə görə, belə proqram təminatlarının arxa planı araşdırılmalı, risklər vaxtında müəyyənləşdirilməli və cəmiyyət bu təhlükələr barədə maarifləndirilməlidir.


Xüsusilə istifadəçilər arasında daha çox populyar olan foto redaktə tətbiqi – “Picsart” telefonun qalereyasına və fayllarına giriş icazəsi verir.

Qeyd olunan erməni mənşəli tətbiqlərdən uzaq durmaq və onların qarşısında göstərilən alternativlərdən istifadə etmək tövsiyə olunur:

"Picsart" – alternativ olaraq Canva, Adobe Express, CapCut

"Renderforest" – Envato Placeit və FlexClip

"SoloLearn" – Codecademy və freeCodeCamp

"Krisp" – NVIDIA Broadcast və Zoom/Google Meet səs filtrasiyası

"Zangi" messenceri – Signal və ya Wire.

Şəfiqə Şəfa, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO