Bakıda 554 küçə dezinfeksiya edildi - FOTOLAR

Bakıda 554 küçə dezinfeksiya edildi - FOTOLAR

Hazırda oxunan: Bakıda 554 küçə dezinfeksiya edildi - FOTOLAR

5736

Koronavirusa (COVID-19) yoluxanların sayında kəskin artımın olması nəzərə alınaraq dekabrın 19-da Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazilərdəki əsas küçə, prospekt və yollarda artıq 18-ci dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 554 küçə dezinfeksiya olunub.

Bu barədə Bizim.Media-ya Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.

"Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronavirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər",- məlumatda qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO