"Dünən günorta saatlarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Şəki şəhər Şöbəsinin pəncərəsinə və vətəndaşa məxsus avtomobilə naməlum şəxs tərəfindən benzin tökülərək az bir hissəsinin yandırılması ilə bağlı polis şöbəsinə məlumat daxil olub".
Bunu Bizim.Media-ya Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov deyib.
Bildirib ki, daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən şəhər sakini, 2010-cu ildən psixiatriya xəstəxanasında qeydiyyatda olan ruhi-əsəb xəstəsi Murad Əhmədov Yevlax rayonu ərazisində saxlanılaraq şöbəyə gətirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:29 / 26.01.2022
DSMF-nin binasını yandırmaq istəyən şəxs SAXLANILDI
Hazırda oxunan: DSMF-nin binasını yandırmaq istəyən şəxs SAXLANILDI
Hazırda oxunan: DSMF-nin binasını yandırmaq istəyən şəxs SAXLANILDI
57196
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.