AZAL-dan təxirə düşən Bakı-İstanbul-Bakı reysləri ilə bağlı AÇIQLAMA

AZAL-dan təxirə düşən Bakı-İstanbul-Bakı reysləri ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: AZAL-dan təxirə düşən Bakı-İstanbul-Bakı reysləri ilə bağlı AÇIQLAMA

57078

İstanbul beynəlxalq hava limanından alınan rəsmi məlumata əsasən, güclü qar səbəbindən yanvarın 26-sı saat 00:00-a qədər (İstanbul vaxtı ilə) hava limanının fəaliyyəti dayandırıb.

Bu barədə Bizim.Media-ya "Azərbaycan Hava Yolları" QSC-dən bildirilib. 

Məlumata görə, bununla əlaqədar AZAL-ın Bakı-İstanbul və İstanbul-Bakı marşrutu üzrə bütün planlaşdırılmış reyslərinin yerinə yetirilməsi sabah günün birinci yarısına keçirilib.

"Bütün sərnişinlərimizdən yenilənmiş məlumatları aviaşirkətin çağrı mərkəzindən, AZAL-ın İstanbul nümayəndəliyindən, rəsmi sosial şəbəkə hesablarından və KİV vasitəsilə almalarını xahiş edirik", - deyə aviaşirkət bəyan edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO