Ukraynanın müdafiə naziri Şoyqu ilə görüşəcək? – KİYEV GERİ ADDIM ATIR?

Ukraynanın müdafiə naziri Şoyqu ilə görüşəcək? – KİYEV GERİ ADDIM ATIR?

Hazırda oxunan: Ukraynanın müdafiə naziri Şoyqu ilə görüşəcək? – KİYEV GERİ ADDIM ATIR?

57076

Ukraynanın müdafiə naziri Aleksey Reznikov beynəlxalq danışıqlar çərçivəsində və tərəfdaşların iştirakı ilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşməyə hazır olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.

“Əgər Brüssel və yaxud Münhenin siyasi meydanında tərəfdaşlarımızın iştirakı ilə aparılan danışıqlar çərçivəsində ABŞ və Böyük Britaniyanın müdafiə nazirləri tərəfindən görüş tələb olunarsa, mən buna hazıram”, - Reznikov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Şoyqu: “Rus hərbçiləri Qarabağdakı çətin vəziyyəti sakitləşdirdi”


O, həmçinin əlavə edib ki, bu gündən etibarən Kiyev Rusiya ilə genişmiqyaslı münaqişə təhlükəsini görmür.

“Sərhəddən 200 kilometr məsafədə vəziyyəti qiymətləndiririk. Onlar davamlı olaraq qoşunları sərhədə yaxın gətirirlər, sonra geri çəkirlər, təlim keçirlər. Mən tam əminliklə deyə bilərəm: bu günə kimi Rusiya silahlı qüvvələri Ukraynaya güclü müdaxilə edə biləcək zərbə qüvvəsi yaratmayıb”, - deyə Ukraynanın müdafiə naziri bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO