Tanışını öldürdü – Məhkəmə həbs etdi

Tanışını öldürdü – Məhkəmə həbs etdi

Hazırda oxunan: Tanışını öldürdü – Məhkəmə həbs etdi

57045

Yanvarın 19-u saat 22 radələrində Sabunçu rayonu ərazisində 1979-cu il təvəllüdlü Ramil Atakişiyevin aldığı xəsarətlər nəticəsində yanvarın 24-də xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Sabunçu Rayon Prokurorluğundan Bizim.Media-ya daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırmalarla 1993-cü il təvəllüdlü Əbülfəz Məhərrəmovun şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Ramil Atakişiyevi döyərək xəsarətlər yetirdiyi, nəticədə onun aldığı xəsarətlərdən xəstəxanada öldüyü müəyyən olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Müəllimi borca görə qətlə yetirən şəxsə 15 il həbs cəzası verildi


Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Əbülfəz Məhərrəmov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO