Şəmkir sakinində silah və narkotik aşkar edildi - FOTO

Şəmkir sakinində silah və narkotik aşkar edildi - FOTO

Hazırda oxunan: Şəmkir sakinində silah və narkotik aşkar edildi - FOTO

56985

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Ziya Həsənov saxlanılaraq Polis Şöbəsinə gətirilib. 

Bizim.Media-nın yerli bürosunun Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən verilən məlumata görə, şöbədə şübhəli şəxsin üzərindən 1 ədəd atəşə yararlı “revolver” tipli tapança və 14 ədəd 7.62 mm-lik patron aşkar edilərək götürülüb. 
 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə avtomobillərdən oğurluq edən şəxs saxlanıldı - FOTO


Bundan başqa saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində yaşadığı evin zirzəmisindən 440 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub. 

Faktla bağlı araşdırma davam etdirilir. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO