Mingəçevirdə idarəetmədən çıxan avtomobil yanğınsöndürmə su krantını dağıdıb və qaz xəttinə çırpılıb.
Bizim.Media-nın məlumatına görə, hadisə Təbriz küçəsində baş verib.
“Shevrolet” markalı avtomobil VAZ-2106 markalı maşına çırpılaraq idarəetmədən çıxıb. Maşın yol kənarındakı yanğınsöndürmə qurğusunu sındırıb, qaz borusuna dəyərək yaşıllıq zolağına düşüb və orada ilişib qalıb.
Hadisə zamanı xəsarət alan olmasa da maşınlara və şəhər təsərrüfatına ciddi ziyan dəyib.
Fakrla bağlı araşdırma aparılır.
Ehtiram Muradov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:37 / 24.01.2022
Mingəçevirdə avtomobil qaz xəttinə çırpıldı
Hazırda oxunan: Mingəçevirdə avtomobil qaz xəttinə çırpıldı
Hazırda oxunan: Mingəçevirdə avtomobil qaz xəttinə çırpıldı
56847
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.