Alimlər beyin üçün xeyirli və zərərli olan ərzaqların siyahısını açıqlayıblar.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Qadın Beyin Təşəbbüsü” mərkəzinin direktoru həkim Lisa Mosconi bölüşüb.
Onun sözlərinə görə, insan beyni qidalanmaya çox həssasdır və zərərli ərzaqlar onun zədələnməsinə gətirib çıxarır.
Araşdırmalar nəticəsində antioksidanlar, omeqa-3 yağ turşuları, beta-karoten və B vitaminlər qrupunun beyin üçün son dərəcə faydalı olduğu sübuta yetirilib.
Sağlam olmayan qidaların siyahısına gəldikdə isə əsas növbədə doymuş yağlar durur. Onların çoxu yağlı və şirin qidalarda olur.
Yanlış pəhriz beynin əsas funksional və struktur elementlərinin itirilməsinə və hətta zehni zəifləməyə də səbəb ola bilər.
Bəzi qidalar isə əksinə beyin fəaliyyətini gücləndirir və sinir hüceyrələrini gücləndirir. Səmərəlilik baxımından ilk yerdə şimal dənizlərində olan yağlı balıqlar - siyənək, skumbriya, paltus, kambala, qızıl balıq və forel durur.
Bir də çərəzlərdən qoz yeməyi unutmayın. Qoz beyin üçün ən faydalı çərəz sayılır.
Bizim.Media
- A-
- A
- A+
COP29
21:30 / 19.12.2020
Ağlınızı qoruyun - Ən faydalı qidalar!
Hazırda oxunan: Ağlınızı qoruyun - Ən faydalı qidalar!
Hazırda oxunan: Ağlınızı qoruyun - Ən faydalı qidalar!
5660
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.