Azərbaycanda manatın məzənnəsi sabit qalacaq - Beynəlxalq Reytinq Agentliyi

Azərbaycanda manatın məzənnəsi sabit qalacaq - Beynəlxalq Reytinq Agentliyi

Hazırda oxunan: Azərbaycanda manatın məzənnəsi sabit qalacaq - Beynəlxalq Reytinq Agentliyi

56597

“Azərbaycan manatın ABŞ dollarına qarşı 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını qoruyub saxlayacaq”.

Bizim.Media xəbər verir ki, bunu "S&P Global Ratings" ("S&P") beynəlxalq reytinq agentliyinin analitikləri açıqlayıb.

Agentlik məzənnənin xarici valyuta bazarına müntəzəm müdaxilələr ilə dəstəklənəcəyini bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan neftinin qiyməti 91 dollara düşdü


"Buna baxmayaraq, fikrimizcə, karbohidrogen qiymətləri kəskin enərsə və uzun müddət aşağı qalarsa, məzənnənin tənzimlənməsi imkanı nəzərdən keçirilə bilər. Bu, Azərbaycan Mərkəzi Bankını 2015-ci ildə yaşadığı xarici valyuta buferlərinin əhəmiyyətli itkisinin qarşısını almağa kömək edəcək", - deyə S&P-nin analitikləri bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO