34 yaşlı müəllim intihar etdi – 3 uşaq anası idi - FOTO

34 yaşlı müəllim intihar etdi – 3 uşaq anası idi - FOTO

Hazırda oxunan: 34 yaşlı müəllim intihar etdi – 3 uşaq anası idi - FOTO

56498

Göyçay rayon sakini intihar edib.

Bizim.Media APA-ya istinadən bildirir ki, hadisə bu gün Göyçay şəhərində qeydə alınıb.

Ərəbcəbirli kənd sakini, 1988-ci il təvəllüdlü Gülnar Yusifova şəhərin H.Tağıyev küçəsində yerləşən evində özünü zəhərləyərək öldürüb.

Ərəbcəbirli kənd tam orta məktəbində müəllim işləyən və 3 uşaq anası olan Gülnar Yusifovanın intiharının səbəbi hələ ki məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

Qadının meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO