Qarabağ məsələsi gənclik illərində içimizdə olan bir yara idi. Azərbaycan Ordusunun böyük qeyrəti sayəsində bu yara sona çatdı.
Bizim.Media xəbər verir ki, bunu “Baykar Makina” şirkətinin texniki direktoru Selcuk Bayraktar “World Net Summit” beynəlxalq konfransında deyib.
Bildirib ki, Türkiyənin inkişaf etdirdiyi milli müdafiə alətinin bu müharibədə olması böyük şərəfdir.
"Bu mübarizədə şəhid olan qardaşlarımıza rəhmət diləriyik. Eşq olsun Azərbaycan Türkiyə qardaşlığına".
Bizim.Media