Ermənistan prezidenti İLK DƏFƏ Azərbaycanla sabit sülhdən danışdı: “Başqa yol yoxdur”

Ermənistan prezidenti İLK DƏFƏ Azərbaycanla sabit sülhdən danışdı: “Başqa yol yoxdur”

Hazırda oxunan: Ermənistan prezidenti İLK DƏFƏ Azərbaycanla sabit sülhdən danışdı: “Başqa yol yoxdur”

56372

Ermənistan prezidenti Armen Sarkisyan Ermənistan və Azərbaycan arasında sabit sülhün bərqərar olacağına ümid etdiyini bildirib.

Bizim.Media xəbər verir ki, o, “Sky News Arabia” telekanalına müsahibəsində bu mövzuya toxunub.

Sarkisyan praqmatik olduğunu deyib: “Sabitliyə nail olmaq üçün danışıqlar və dialoqdan daha yaxşı yol yoxdur. Ermənistan və Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində danışıqlar platforması var idi, lakin onlar uğursuz oldu və müharibə başladı. Bu, ən pis variant idi. 

İndi atəşkəs yaradılıb, lakin bu, tam hüquqlu sülh deyil. Hazırda Rusiyanın vasitəçiliyi ilə danışıqlar aparılır.

Ümid edirəm ki, bu dəfə Ermənistan və Azərbaycan kompromislərin köməyi ilə sabit sülhü bərqərar edə biləcəklər. Amma bu, heç də asan məsələ deyil".

“Türkiyə ilə münasibətlərə gəlincə, praqmatizm ondan xəbər verir ki, qonşularınızla problem yaşamamalısınız. Xüsusilə, böyük ölkə olan qonşu ilə.  Suriyada, Şərqi Aralıq dənizində və bir çox başqa yerlərdə özünəməxsus davranır”, deyə o vurğulayıb.

"Sabit gələcəyə aparan yol danışıqlardır. Amma bunlar iki ölkə arasında sadə danışıqlar deyil. Belə olan halda keçdiyiniz tarixə göz yummaq olmaz", - Sarkisyan bildirib.

O, İsrail və Almaniyanı misal çəkib: “Onlar təbii ki, Holokost mövzusuna  toxunmadan münasibətlərini yaxşılaşdıra bilməzdilər. Eyni kontekstdə Ermənistan-Türkiyə münasibətləri də belədir”.

"Düşünürəm ki, aşkar olanı nəzərdən qaçırsanız, uğur qazana bilməyəcəksiniz. Bunlar asan danışıqlar olmayacaq. Ümid edirəm ki, bir gün ermənilər və türklər bu məsələdə uğur qazanacaqlar, lakin tarixi hadisələri unutmamalıyıq", - prezident deyib.
Onun sözlərinə görə, Ermənistanla Türkiyə arasında və regionda sabit münasibətlər qurmaq üçün praqmatik olmaq lazımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO