Angela Merkeldən Quterreşə ZƏNG: “BMT-də işləmək istəmirəm”

Angela Merkeldən Quterreşə ZƏNG: “BMT-də işləmək istəmirəm”

Hazırda oxunan: Angela Merkeldən Quterreşə ZƏNG: “BMT-də işləmək istəmirəm”

56171

Almaniyanın keçmiş kansleri Angela Merkel şəxsən BMT-nin baş katibi Antonio Quterreşə zəng edərək, təşkilatda işləmək təklifindən imtina edib.

Bizim.Media xəbər verir ki, bu barədə çərşənbə günü “RİA Novosti” agentliyi  alman mətbuatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, ötən həftə Merkel BMT baş katibinə zəng edərək təşəkkür edib və təklifi qəbul etməyəcəyini bildirib.
Alman mənbələri qeyd edir ki, keçmiş kanslerdən bütün bəşəriyyətin xeyrinə olan qlobal ictimai sərvətlər üzrə məsləhət orqanına sədrlik etmək istənilib. Quterreş bu təklifi yazılı şəkildə Merkelə göndərib.

Qlobal ictimai sərvətlər dedikdə, BMT xüsusilə qlobal sağlamlıq, elm, sülh, təbiətin mühafizəsi, dünya iqtisadiyyatını nəzərdə tutur.

Xatırladaq ki, Merkel 2005-ci ildən 16 il Almaniya kansleri vəzifəsində çalışıb. Olaf Şolz Almaniyanın yeni kansleri olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO