OPEC: Azərbaycanda neft hasilatı artacaq - PROQNOZ

OPEC: Azərbaycanda neft hasilatı artacaq - PROQNOZ

Hazırda oxunan: OPEC: Azərbaycanda neft hasilatı artacaq - PROQNOZ

56019

Ötən il Azərbaycanda maye karbohidrogen hasilatı il ərzində 0,01 milyon barel/sutka artaraq 0,74 milyon barel/sutka olub.

Bizim.Media xəbər verir ki, OPEC-in aylıq hesabatında 2021-ci ilin noyabr ayında Azərbaycanda maye karbohidrogenlərin hasilatının ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməz qalaraq 0,72 milyon barel/sutka təşkil etdiyi bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

2022-də neftə təlabat artacaq - OPEC+ HESABAT YAYDI


Ümumilikdə, neft hasilatı oktyabr ayı ilə müqayisədə 2 min barel/sutka azalaraq orta hesabla 584 min barel/sutka təşkil edib. Bu, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun "Çıraq" platformasında texniki xidmət işlərinin davam etməsi ilə bağlı olub.

Kondensat hasilatı isə stabil qalaraq 140 min barel/sutka təşkil edib. Dekabr ayında təmir işlərinin başa çatmasından sonra neft hasilatı orta hesabla 0,79 milyon barel/sutkayadək artıb.

Həmçinin, hesabatda bu il Azərbaycanda maye karbohidrogen hasilatının 0,08 milyon barel/sutka artaraq orta hesabla 0,82 milyon barel/sutka təşkil edəcəyi vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO