Diqqət, xəbərdarlıq - Whatsapp hesabınız ələ keçirilə bilər

Diqqət, xəbərdarlıq - Whatsapp hesabınız ələ keçirilə bilər

Hazırda oxunan: Diqqət, xəbərdarlıq - Whatsapp hesabınız ələ keçirilə bilər

5589

Sosial şəbəkələrdə yerli Whatsapp istifadəçilərinə qarşı kiber təxribatların olması ilə bağlı məlumatlar yayılıb.

Bizim.Media xəbər verir ki, bloger Fərid Pərdəşünas prosesin necə baş verdiyi izah edib. O, həmçinin yaranan kiber təxribatlardan müdafiə yolu da göstərib:

“Təxribatı törədən şəxs sizin nömrəniz ilə başqa telefonda Whatsappdan qeydiyyatdan keçir".

Bu zaman sizin smartfona təsdiqləmə kodu gəlir. Çox adam bu koda fikir vermir.

Üstündən az bir müddət keçməmiş sizin Whatsapp nömrənizə başqa bir Azərbaycan nömrəsindən mesaj gəlir ki, "Əlim dəydi səhvən sizin nömrəyə getdi kod, zəhmət olmasa o kodu mənə göndərə bilərsiniz?"

Beləliklə siz o kodu göndərən zaman, qarşı tərəfə öz Whatsapp hesabınızı öz əllərinizlə vermiş olursunuz.

Bura qədər hər şey bəsitdir. Kim bunu edər deyirsiniz? Amma təxribat zəncirvaridir. Bir nəfərin Whatsappı ələ keçəndən sonra artıq həmin adamın nömrəsindən onun tanışlarına yazılmağa başlanır ki, qardaşım bəs sənə kod göndərdim, əlim dəydi səhvən. Onu göndər mənə. Məsələn, əgər mənim Whatsapp hesabım oğurlanıbsa, bundan sonra mənim tanışlarıma hücum olunur. Tanışlarım da mənə güvəndiyi üçün kodu mənə verirlər.

Bu məşhur sosial mühəndislik nümunəsidir. Hal-hazırda zərər çəkənlər var. Diqqətli olmağınızı, belə kodlar gələndə heç kimlə bölüşməməyinizi məsləhət görürəm. Rəydə bir neçə maarifləndirici hazırladığım videoları paylaşacam”,- deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO