Azad edilən ərazilərdə daha 15 mina aşkarlandı

Azad edilən ərazilərdə daha 15 mina aşkarlandı

Hazırda oxunan: Azad edilən ərazilərdə daha 15 mina aşkarlandı

55742

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə ANAMA-dan məlumat verilib.

Yanvarın 10-dan 15-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 14, tank əleyhinə 1 mina və 112 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 51,8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO