Nazarbayevin üçüncü kürəkəni də vəzifəsindən çıxdı - FOTO

Nazarbayevin üçüncü kürəkəni də vəzifəsindən çıxdı - FOTO

Hazırda oxunan: Nazarbayevin üçüncü kürəkəni də vəzifəsindən çıxdı - FOTO

55726

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin ortancıl qızı Dinaranın əri Timur Kulibayev “Atameken” Milli Sahibkarlar Palatasının rəyasət heyətinin sədri vəzifəsindən istefa verdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə palatanın saytında məlumat yayılıb.

“Bu gündən etibarən “Atameken” Milli Sahibkarlar Palatasının rəyasət heyətinin sədri vəzifəsindən istefa vermək qərarına gəldim”, deyə o yazıb.

Bəyanatda Kulibayev həmkarlarına birgə fəaliyyətlərinə görə təşəkkür edib. O, istefasının səbəbini açıqlamayıb. Kulibayev və həyat yoldaşı ölkənin ən böyük bankının - Qazaxıstanın Milli Bankının sahibləridir.

Qeyd edək ki, Nursultan Nazarbayevin kiçik qızı Aliyə Nazarbayevanın əri Dimaş Dosanov yanvarın 15-də “Kaztransoil” ASC-nin baş direktoru və İdarə Heyətinin sədri vəzifəsindən istefa verib.
Yanvarın 15-də Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayevanın əri Kayrat Şaripbayev də “KazTransGas NC” ASC-nin İdarə Heyətinin sədri vəzifəsindən ayrılıb. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO