“Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsi böyük olsa da, o qədər böyük olmayan qeyri-neft ixracatımızda belə bu ölkənin payı çox kiçik, təxminən 2%-dir”.
Bizim.Media xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev “Facebook” hesabında qeyd edib. Onun sözlərinə görə Ukrayna kifayət qədər böyük bazardır, amma münasibətlərin kifayət qədər yaxın olmasına baxmayaraq, biz bu bazarın imkanlarından ən minimum səviyyədə bəhrələnirik:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan-Ukrayna ticarət dövriyyəsi 20 faizdən çox artıb
“2021-ci ilin 11 ayının nəticələrinə görə, Ukraynaya 445 milyon dollarlıq ixracatımızın 89%-i neft məhsullarının payına düşüb.
Ukraynadan idxalımız isə heç də kiçik deyil. Yəni ümumi idxalımızın 4%-nə yaxın... (420 mln. USD) Bu idxalın təxminən yarısı qida və tütündür. Digər yarısında isə metal məmulatlarının payı böyükdür”, - deyə iqtisadçı qeyd edib.
İqtisadçı bu paylaşımı Azərbaycan Prezidentinin Ukraynaya səfərini nəzərə alaraq perspektiv ticarət və iqtisadi əməkdaşlıq imkanlarını nəzərə alaraq edib. İlham Əliyevin bu ölkəyə səfəri zamanı imzalanan əməkdaşlıq protokolları bunları deməyə əsas verir.
Alçina Amilqızı, Bizim.Media