Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova sabah Moskvada baş tutacaq Türkiyə-Ermənistan dialoqundan danışıb.
Bizim.Media xəbər verir ki, o, iki ölkə arasında münasibətlərin normallaşması ilə bağlı keçiriləcək görüşdən hansı gözləntiləri olduğuna dair suala belə cavab verib:
MÖVZU İLƏ BAĞLI:
Moskvada daha bir görüş: Bu dəfə Azərbaycan və Ermənistan mədəniyyət xadimləri bir araya gəldi
“Biz bu formata daxil deyilik. Türkiyə ilə Ermənistan arasında ikitərəfli münasibətlər, dialoqun qurulması, təmasların normallaşdırılması barədə prinsipial mövqeyimizi dəfələrlə ifadə etmişik, işdə və praktikada da kömək etmişik”, - Rusiya XİN rəsmisi vurğulayıb.
Xatırladaq ki, sabah Moskvada Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ilk görüşü keçiriləcək.
Bizim.Media