Gənclər və İdman Nazirliyi bir neçə “Gənclər evi” sosial xidmət müəssisəsinin rəhbər vəzifələri üzrə vakansiya elan edib.
Nazirlikdən Bizim.Media-ya bildirilib ki, namizədlər dil bilikləri və digər tələblərə cavab verməlidirlər:
1. Binəqədi “Gənclər evi” sosial-xidmət müəssisəsinin direktoru
2.Goranboy “Gənclər evi” sosial -xidmət müəssisəsi
3. Füzuli “Gənclər evi” sosial-xidmət müəssisəsi
4. Astara “Gənclər evi” sosial-xidmət müəssisəsi
5. Siyəzən “Gənclər evi” sosial -xidmət müəssisəsi
6. Tərtər “Gənclər evi” sosial- xidmət müəssisəsi
“Gənclər evi” sosial- xidmət müəssisəsinin direktoru vəzifəsinə namizədlər aşağıdakı tələblərə cavab verməlidir:
- ali təhsil;
- gənclərlə iş sahəsində 2 il olmaqla, ümumi 3 il iş stajı;
- yaş həddi 35-dək;
- minimum 1 xarici dil bilmək.
Namizədlər öz CV-lərini (iddia edilən vəzifənin adı qeyd olunmalıdır), şəxsiyyət vəsiqəsinin surətini və ali təhsil haqqında diplomun surətini yanvarın 12-dən elektron formada Gənclər və İdman Nazirliyinin [email protected] ünvanına göndərməlidir. Müraciət üçün son tarix 25 yanvardır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:38 / 12.01.2022
İş axtaranlar, DİQQƏT! - Nazirlikdə direktor vəzifəsi boşdur
Hazırda oxunan: İş axtaranlar, DİQQƏT! - Nazirlikdə direktor vəzifəsi boşdur
Hazırda oxunan: İş axtaranlar, DİQQƏT! - Nazirlikdə direktor vəzifəsi boşdur
55056
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.