Azərbaycanın Baş prokuroru Moskvada iranlı həmkarı ilə görüşüb.
Moskvaya işguzar səfəri çərçivəsində Baş prokuror Kamran Əliyev İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazeri ilə ikitərəfli görüş keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Qədim tarixi, mədəni, dini münasibətlərə malik Azərbaycan-İran əlaqələrinin bugün də müsbət dinamika ilə inkişaf etdiyi qeyd edilmişdir.
Tərəflər qurumlar arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf istiqamətləri, mütəşəkkil cinayətkarlığın, o cümlədən kibercinayətkarlıq, narkotik maddələrin qanunsuz dövriyyəsi, ekoloji sahədə hüquqpozmaların, habelə cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi məsələlərində işin səmərəliyinin artırılması ətrafında səmərəli müzakirələr aparılmışdır.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:34 / 12.01.2022
Kamran Əliyev iranlı həmkarı ilə görüşdü – Moskvada
Hazırda oxunan: Kamran Əliyev iranlı həmkarı ilə görüşdü – Moskvada
Hazırda oxunan: Kamran Əliyev iranlı həmkarı ilə görüşdü – Moskvada
55016
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.