Gürcüstanda həbs edilən azərbaycanlının məhkəməsi başlayır – VİDEO

Gürcüstanda həbs edilən azərbaycanlının məhkəməsi başlayır – VİDEO

Hazırda oxunan: Gürcüstanda həbs edilən azərbaycanlının məhkəməsi başlayır – VİDEO

54978

Batumidə yaşayış binasının bir hissəsinin uçması ilə bağlı həbs edilən Azərbaycan vətəndaşı Zaur Budaqov və daha iki nəfərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “Sputnik Azərbaycan” nəşrində yerləşdirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Batumidə uçan binaya görə günahlandırılan azərbaycanlının məhkəməsi KEÇİRİLİR 


Mənbə qeyd edir ki, bu gün tərəflər sübutları Batumi Şəhər Məhkəməsinə təqdim edəcəklər. Müdafiə tərəfi girov müqabilində həbs olunanların azadlığa buraxılması üçün vəsatət qaldıracaq.

Prosesdə həlak olanların ailə üzvləri də iştirak edir. Onlar təqsirləndirilən şəxslərin cəzalandırılmasını tələb edirlər.

Xatırladaq ki, Batumidə 8 oktyabr 2020-ci ildə yaşayış binasının bloklarından biri uçub. 3-ü uşaq olmaqla 9 nəfər həlak olub.

Uçulmaya səbəb Budaqova məxsus birinci mərtəbədə yerləşən mənzildə daşıyıcı divarın sökülməsi olub.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO