Batumidə uçan binaya görə günahlandırılan azərbaycanlının məhkəməsi KEÇİRİLİR 

Hazırda oxunan: Batumidə uçan binaya görə günahlandırılan azərbaycanlının məhkəməsi KEÇİRİLİR 

41040

Gürcüstanın Batumi şəhər məhkəməsində yaşayış binasında uçqunun baş verməsi ilə bağlı saxlanılan üç şəxsin məhkəməsi keçirilir. 

Bizim.Media xəbər verir ki, Azərbaycan vətəndaşı Zaur Budaqov və digər iki şəxs - ata-oğul Hüseyn və Giorgi Surmanidzeyə qarşı həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir. 

İstintaqla müəyyən olunub ki, Z.Budaqovun çökmüş binanın birinci mərtəbəsindəki mənzilində apardığı təmir-bərpa işləri zamanı dayaq divarların sökülməsi həyata keçirilib. Surmanidzelər təmirə cəlb olunan işçilərdir. 

Hər üç şəxs ölüm və ağır nəticələrə səbəb olan tikinti işlərinin aparılmasında texniki və təhlükəsizlik qaydalarının kobud şəkildə pozulmasında ittiham olunurlar.

Saxlanılan şəxsləri 2 ildən 10 ilədək həbs gözləyir. 

Xatırladaq ki, oktyabrın 8-də Batumidə yeddimərtəbəli yaşayış binasının bir blokunda baş vermiş çökmə zamanı üçü uşaq olmaqla 9 nəfər ölüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO