Azərbaycana qarşı qərəzli mövqe tutan beynəlxalq TƏŞKİLATLAR – SİYAHI

Azərbaycana qarşı qərəzli mövqe tutan beynəlxalq TƏŞKİLATLAR – SİYAHI

Hazırda oxunan: Azərbaycana qarşı qərəzli mövqe tutan beynəlxalq TƏŞKİLATLAR – SİYAHI

54869

Azərbaycanla bağlı qərəzli mövqedən çıxış edən beynəlxalq təşkilatların adları açıqlanıb.

Bizim.Media xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ötən il mərkəzin ekspertlərinin Azərbaycan əleyhinə əsassız iddialara qarşı yazdıqları cavab yazılarını dərc etməkdən imtina edən beynəlxalq institutlara dair ingilis dilində hesabat hazırlayıb.

Vurğulanıb ki, azərbaycanlı ekspertlər, akademiklər və şərhçilər üçün münaqişə və regionla bağlı Qərbdəki akademik jurnallarda yazı dərc etdirmək hər zaman çətin olub və 2021-ci ildə də bu şəkildə davam edib.

Bildirilir ki, 2021-ci ildə “Forbes” “Columbia Journalism Review”, “Institute for the Study of Human Rights”, “New Lines Institute for Strategy and Policy”, “Responsible Statecraft” kimi təşkilatlar Azərbaycana qarşı qərəzli yanaşmanı davam etdirərək ekspertlərin Azərbaycana dair əsassız ittihamlara dair cavab yazılarını dərc etməkdən imtina ediblər.

“Bütün tərəfləri dinləmək üçün bərabər imkanlar təqdim etməli olan müxtəlif platformalar çox vaxt əks fikri inkar edir. Belə ki, Azərbaycanın mövqeyinə dözümsüzlük nümayiş etdirən qurumlar bir tərəfdən demokratik dəyərlərin müdafiəçisi olduqlarını iddia edir, digər tərəfdən isə regionla bağlı əsassız iddiaların, düzgün olmayan ifadələrin və təhrifli fikirlərin səsləndirilməsini təşviq edirlər.
 

30 ilə yaxın müddət ərzində bəzi Qərb şərhçiləri “balanslı yanaşma” oyunu oynamaqla işğalçı ilə işğala məruz qalan arasında fərq qoymadan təcavüzkarla, bir milyona yaxın qaçqın və məcburi köçkünlə üzləşən, etnik təmizləməyə məruz qalan ölkəyə eyni səviyyədə yanaşırlar”, - hesabatda bildirilib.


Hesabatda bu qərəzli yanaşmanın Qərb ölkələrində liberal dairələrin ermənilərə rəğbəti və gizli xristian həmrəyliyi səbəbindən baş verə biləcəyi qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO